Pekinin bir rayonunun sakinləri kütləvi formada COVID-19 testindən keçirilir
24.01.2022 [12:49]
Xəbərin mətni
Çin paytaxtı Pekinin Fentay rayonunda COVID-19 virusu ocağı aşkarlandıqdan sonra sakinlərin kütləvi şəkildə testdən keçirilməsinə başlanılıb.
AZƏRTAC şəhər hökumətinin açıqlamasına istinadla xəbər verir ki, 2 milyon əhalisi olan rayonda 1073 məntəqədə həyata keçirilən test prosesinə 13 mindən çox tibb işçisi cəlb olunub. Rayon sakinlərinə yaşadıqları yerləri tərk etməmək tövsiyə olunub.