Almaniyada naməlum şəxs universitet kampusunda atəş açıb
24.01.2022 [18:14]
Xəbərin mətni
Bazar ertəsi günü naməlum şəxs Almaniyanın Geydelberq Universitetinin kampusunda atəş açıb.
AZƏRTAC DPA agentliyinə istinadla xəbər verir ki, odlu silahdan açılan atəş nəticəsində bir neçə nəfər yaralanıb, cinayətkarın özü isə ölüb.
Polisin məlumatına görə, insident universitetin mühazirə zalında baş verib. Hüquq mühafizə orqanlarının əməkdaşları hadisə yerində təhqiqat aparırlar. Təhsil müəssisəsinin yaxınlığındakı ərazi əhatəyə alınıb.