Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qadın təsadüf nəticəsində ağır xəsarətdən qurtula bildi

25.01.2022 [12:15]

Türkiyənin Qaziantep şəhərində səhər saatlarında iş yerinə tələsən qadın yalnız xoş təsadüf nəticəsində xəsarət almaqdan qurtula bilib.Hadisə anbaan mağazanın təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb.Görüntülərdə nazik dəmir konstruksiyalı talvarın qar kütləsinə davam gətirməyərək çökdüyü əks olunub.