Azərbaycan Dövlət İnformasiya Agentliyi

DÜNYA

Antalyaya son 29 ildə ilk dəfə qar yağıb

25.01.2022 [12:42]

Xəbərin mətni

Türkiyənin cənubunda yerləşən Antalyanın mərkəzinə son 29 ildə ilk dəfə qar yağıb.
AZƏRTAC “Hürriyet” qəzetinə istinadla xəbər verir ki, Antalyada sonuncu dəfə 1993-cü ildə yağan qarın qalınlığı 5 santimetr olmuşdu.
Yanvarın 21-dən başlayaraq Türkiyənin əsasən şimal-qərbində çovğun hökm sürür. Əlverişsiz hava şəraiti ən çox İstanbula zərər vurub. Bu gün yerli vaxtla saat 13:00-dək sakinlərin şəxsi avtomobillərdən istifadə etməsinə qadağa qoyulub. Həmin vaxtadək yerli aeroportlarda bütün reyslər dayandırılıb. Ankara-İstanbul avtomagistralı nəqliyyatın hərəkəti bir necə saatlığa dayandırılıb.