CƏMİYYƏT


Qubada 2 min metrdən artıq torpaq kanal beton üzlüyə alınıb

Ötən il Quba rayonu ərazisində 2 min metrdən artıq torpaq kanal beton üzlüyə alınıb. Bununla da min hektar sahənin vaxtında və itkisiz suvarılması təmin olunub.
Quba Suvarma Sistemləri İdarəsinin mühəndisi Samir Məmmədhüseynov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, ölkəmizin ən iri meyvəçilik rayonlarından olan Qubada bol məhsul götürmək üçün suvarma suyuna böyük ehtiyac var. Uzun illər sahələri suvarmaq üçün təsərrüfat sahibləri torpaq arxlarla su aparmalı olurdular ki, bu da həm vaxt, həm də su itkisinə gətirib çıxarırdı.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır