Futzal üzrə Azərbaycan millisi İspaniya yığması ilə heç-heçə edib
27.01.2022 [10:56]
Xəbərin mətni
Yanvarın 26-da futzal üzrə Azərbaycan milli komandası Avropa çempionatının final mərhələsində növbəti oyununu keçirib.
AZƏRTAC xəbər verir ki, Niderlandın Qroningen şəhərində İspaniya komandası ilə qarşılaşan millimiz meydanı 2:2 hesablı heç-heçə ilə tərk edib.
İsa Atayevin fərqləndiyi oyunda digər qol avtoqoldan qeydə alınıb.