Azərbaycan Dövlət İnformasiya Agentliyi

Sabah ölkənin bəzi yerlərində qar yağacaq

27.01.2022 [16:37]

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, yanvarın 28-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Gündüz tədricən kəsiləcək. Arabir güclənən şimal-qərb küləyi əsəcək, gündüz mülayimləşəcək. Havanın temperaturu gecə 1-3°, gündüz 5-7° isti olacaq.