RƏSMİ


Prezident İlham Əliyev Ümumdünya Gömrük Təşkilatının Baş katibini videoformatda qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 28-də Ümumdünya Gömrük Təşkilatının Baş katibi Kunio Mikuriyanı videoformatda qəbul edib.
AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev Azərbaycanla Ümumdünya Gömrük Təşkilatı arasında səmərəli əməkdaşlığı və təşkilatın ölkəmizə göstərdiyi dəstəyi qeyd edərək, Kunio Mikuriya ilə əvvəllər keçirdiyi görüşləri və aparılmış müzakirələri məmnunluqla xatırladı. Dövlətimizin başçısı Ümumdünya Gömrük Təşkilatının Baş katibinin Azərbaycanla əməkdaşlığı daim diqqət mərkəzində saxlamasını yüksək qiymətləndirdiyini, təşkilatın dəyərli tövsiyə və məsləhətlərinin ölkəmizdə bu sektorun inkişafına töhfə verdiyini diqqətə çatdırdı.