SİYASƏT


Hərbi vəzifəlilərlə keçirilən təlim toplanışı başa çatıb

Müdafiə nazirinin təsdiq etdiyi plana əsasən, ehtiyatda olan bir qrup hərbi vəzifəlilərin cəlb olunması ilə N nömrəli hərbi hissədə keçirilən təlim toplanışları başa çatıb.
Toplanışın əsas məqsədi Vətən müharibəsində əldə edilən təcrübələr nəzərə alınmaqla hərbi vəzifəlilərin döyüş vərdişlərini və hərbi ixtisas biliklərini təkmilləşdirməklə yanaşı, Ordumuzun arsenalındakı müasir silah və hərbi texnikalar ilə yaxından tanış etmək, istismar qaydalarını, döyüş tətbiqi üsullarını öyrətməkdir.