İDMAN


Futzal üzrə Azərbaycan millisi Avropa çempionatında mübarizəni dayandırıb

Futzal üzrə Azərbaycan milli komandası Niderlandda təşkil olunan Avropa çempionatının final mərhələsinin D qrupunda bu gün sonuncu oyununu keçirib.
AZƏRTAC xəbər verir ki, Amsterdam şəhərindəki “Ziggo Dome” Arenada Bosniya və Herseqovina komandası ilə qarşılaşan millimiz 4:2 hesablı qələbə qazanıb. Komandamızın qollarını Bolinya, Eduardo, Rafael Vilela və Qallo vurublar.