SİYASƏT


Şəhidlərin xatirəsinə həsr olunmuş anım mərasimləri keçirilib

Torpaqlarımızın işğaldan azad olunması uğrunda canlarını fəda edərək şəhidlik zirvəsinə yüksələn Vətən övladlarının xatirəsinə ehtiram məqsədilə anım mərasimləri keçirilib.
Vətən müharibəsi şəhidləri Nəcəf Şikarovun, Sənan Kərimovun,  Elvin Əlimovun, Elzar Yusubovun, İsmayıl Mehdiyevin, Tamerlan Mahmudovun, Ruhid İslamlının, Mehrac Əhədovun və Vətən Müharibəsi Qəhrəmanı şəhid Azad Hümbətovun xatirəsinə həsr olunan tədbirlərdə Müdafiə Nazirliyinin və ictimaiyyətin nümayəndələri, şəhidlərin ailə üzvləri, dostları, eləcə də döyüş yoldaşları iştirak ediblər.