İDMAN


Pekində Qış Olimpiya Oyunlarının məşəl estafeti başlayıb

Fevralın 2-də növbəti Qış Olimpiya Oyunlarının Pekində məşəl estafetinin son mərhələsi başlayıb.
AZƏRTAC xəbər verir ki, Pekindəki “Olimpiya meşəsi” parkında təşkil olunan mərasimdə dövlət rəsmiləri, atletlər, Olimpiya könüllüləri və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
“Pekin-2022” Qış Olimpiya Oyunlarına hazırlıq üzrə idarəedicilər qrupunun rəhbəri, Çin Baş nazirinin müavini Han Cen məşəli alovlandırıb və onu estafetin ilk iştirakçısı, Çinin qış idman növlərindən ilk dünya çempionu, 80 yaşlı veteran idmançı Luo Cihuna ötürüb. Bununla da 24-cü Qış Olimpiya Oyunlarının məşəl estafetinin sonuncu - Pekin estafeti rəsmən başlayıb.