İQTİSADİYYAT


“Azərişıq” ASC-də “3D mobil xəritə” sistemi tətbiq edilib

“Azərişıq” ASC-də “3D mobil xəritə” sistemi tətbiq edilib.ASC-dən AZƏRTAC-a bildirilib ki, “3D mobil xəritə” sisteminin tətbiqi üzrə ilk layihə Qəbələ rayonunun paylayıcı elektrik şəbəkələrində həyata keçirilib. Növbəti mərhələ üçün “Azərişıq” üzrə müxtəlif ərazilərdə (Xırdalan, Gəncə, Şirvan, Zaqatala, Balakən və sair) 2800 kilometrlik məsafədə çəkilişlər aparılıb və zəruri bütün koordinatlar müəyyənləşdirilib.