CƏMİYYƏT


Kəlbəcərdə bütün yollar qar və buzdan təmizlənir

Kəlbəcər rayonu gözəl olduğu qədər çətin relyefə malikdir və əsasən dağlıq ərazilərdən ibarət olduğundan burada qış çox sərt keçir. Təmizlənmiş yollar çovğun və külək nəticəsində qısa müddətdə yenidən qarla örtülür.
Bu səbəbdən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) rayon ərazisində çətin iqlim şərtlərinə baxmayaraq xidmətini davam etdirir.
AAYDA-dan AZƏRTAC-a bildirilib ki, Ömər aşırımından keçən respublika əhəmiyyətli Gəncə-Kəlbəcər-İstisu və Kəlbəcər-Laçın avtomobil yollarında, həmçinin yerli əhəmiyyətli digər yollarda hərəkətin təhlükəsizliyi və fasiləsizliyini təmin etmək üçün yolların qardan və buzdan təmizlənməsi istiqamətində işlər görülür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır