İDMAN


Azərbaycan komandası “Pekin-2022”nin açılış mərasimində komandaların paradında iştirak edib

“Pekin-2022” XXIV Qış Olimpiya Oyunlarının açılış mərasimi davam edir.
AZƏRTAC xəbər verir ki, “Pekin-2022” Qış Olimpiya Oyunlarının rəsmi açılış mərasimində komandaların paradında Azərbaycan nümayəndə heyətinin üzvləri 42-ci keçiblər.
Çinin paytaxtındakı məşhur “Quş yuvası” stadionunda təşkil olunan açılış mərasiminin paradında komandamızın şef de-missionu, Milli Olimpiya Komitəsinin beynəlxalq əlaqələr idarəsinin müdiri Anar Bağırov, məşqçi Aleksey Çetveruxin və Azərbaycan Olimpiya komandasının bayraqdarı Vladimir Litvinsev iştirak ediblər.