Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Energetika naziri: Cənub Qaz Dəhlizi Məşvərət Şurası Avropaya təbii qazın tədarükü ilə bağlı missiyanın öhdəsindən uğurla gəlib

04.02.2022 [19:25]

Cənub Qaz Dəhlizi Məşvərət Şurasının Avropaya yeni mənbədən nəhəng bir dəhlizlə təbii qazın tədarükü ilə bağlı missiyasının öhdəsindən uğurla gəlib. AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycanın energetika naziri Pərviz Şahbazov deyib. Nazir həmçinin qeyd edib ki, Cənub Qaz Dəhlizi sabit enerji təchizatının unikal elementidir.