CƏMİYYƏT


Bakının və Abşeron yarımadasının bəzi yerlərində fevralın 5-dən 6-na keçən gecə yağışın sulu qara keçəcəyi gözlənilir

Azərbaycanda fevralın 6-na gözlənilən hava proqnozu açıqlanıb.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Bakının və Abşeron yarımadasının bəzi yerlərində fevralın 5-dən 6-na keçən gecə yağışın sulu qara keçəcəyi, səhər kəsiləcəyi, gün ərzində havanın əsasən yağmursuz olacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, gündüz mülayim cənub-qərb küləyi ilə əvəzlənəcək.