İQTİSADİYYAT


“Azərişıq” ASC tərəfindən yeni NFC sayğaclar istifadəyə verilir

NFC sayğaclara abonent mobil telefon ilə ödəniş edə bilər. Bununla da vətəndaş üçün ödəniş proseduru daha da rahat və asanlaşmış olur.İstifadə üçün telefona “Azərişıq” mobil tətbiqi endirilməlidir. Bu tətbiqdən istifadə etməklə balans artırılır, daha sonra yüklənəcək məbləğ qeyd olunur və telefonu sayğaca yaxınlşadıraraq ödəniş edilir.