İQTİSADİYYAT


Lənkəranda bu il 60 tondan çox hallabonq tədarükü gözlənilir

Bir neçə il əvvəl cənub bölgəsində əkilib-becərilməsinə başlanan hallabonq qış aylarında yetişir. Görünüşü, dadı, ətri və məhsuldarlığına görə digər sitrus meyvələrindən fərqlənir. Bu il rayon üzrə 60 tondan çox hallabonq tədarükü gözlənilir.
AZƏRTAC xəbər verir ki, Lənkərana Cənubi Koreyadan gətirilən hallabonq tingləri ilk dəfə rayonun Sütəmurdov kəndi ərazisində 15 hektar sahədə əkilib. Nəticə ürəkaçan olduğundan sahələr ilbəil genişləndirilərək, 78 hektara çatdırılıb.