İQTİSADİYYAT


Salyanın taxıl sahələrində bu il bol məhsul olacaq

Strateji məhsul olan taxılçılığın inkişaf etdirilməsi Salyan rayonunda daim diqqət mərkəzindədir. Ötən təsərrüfat ili məhsuldar olduğundan bu il də fermerlər məhsulun daha bol olacağını qeyd edir.
AZƏRTAC xəbər verir ki, Salyanda fərdi fermer təsərrüfatlarında taxıl əkininə vaxtında başlanılıb, aqrotexniki qulluq göstərilib. Ötən ilki məhsuldarlıq salyanlı fermerləri taxıl əkininə daha da maraqlı edib.