MƏDƏNİYYƏT


Türkiyədə Azərbaycanın turizm imkanları təbliğ olunur

İstanbulda dünyanın ən böyük turizm sərgilərindən olan "EMİTT 2022" - Şərqi Aralıq dənizi Beynəlxalq Səyahət və Turizm Sərgisi öz işinə başlayıb.AZƏRTAC xəbər verir ki, bu il 25-ci dəfə keçirilən beynəlxalq sərgidə ölkəmiz Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosu tərəfindən milli stendlə təmsil olunur. Stenddə eyni zamanda beş yerli turizm şirkəti, bir mehmanxana qrupu və “Azərbaycan Hava Yolları” QSC də iştirak edir.