İDMAN
Azərbaycan təmsilçisi Vladimir Litvintsev “Pekin-2022”də final mərhələsində çıxış edib
10.02.2022 [09:49]
Azərbaycanı “Pekin-2022” Qış Olimpiya Oyunlarında təmsil edən fiqurlu konkisürən Vladimir Litvintsev kişi idmançıların fərdi yarışlarının final mərhələsində (sərbəst proqram) çıxış edib.AZƏRTAC xəbər verir ki, təmsilçimiz sərbəst proqramda 2-ci qrupda mübarizə aparıb. Hakimlər onun çıxışını 155.04 xalla qiymətləndirib. V.Litvintsev fevralın 8-də kişi idmançıların qısa proqramında 84,15 xal qazanmışdı. Beləliklə, atletimiz “Pekin-2022”dəki mübarizəsini 239.19 xalla başa çatdırıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
30.06.2022 [18:07]
30.06.2022 [17:33]
29.06.2022 [19:32]
29.06.2022 [18:35]
01.07.2022 [11:54]
01.07.2022 [11:21]
30.06.2022 [19:00]
08.06.2022 [16:56]
08.06.2022 [13:26]
30.06.2022 [12:30]
23.06.2022 [14:55]
29.06.2022 [15:44]
28.06.2022 [15:47]
28.06.2022 [14:34]
01.07.2022 [11:57]