Azərbaycan Dövlət İnformasiya Agentliyi

Beyləqanda torpaq məcralı kanal beton üzlüyə alınıb

11.02.2022 [12:17]

Xəbərin mətni

Beyləqan Suvarma Sistemləri İdarəsi iki mənbədən su götürməklə rayon ərazisində yerləşən torpaq sahələrinin suvarılmasını yerinə yetirir. Hər il olduğu kimi, bu il də xidməti ərazidə olan torpaq məcralı kanallarda lildən təmizləmə işləri aparılır. Bunun üçün bir neçə istiqamətdə texnikalar vasitəsilə bu işlər sürətlənib. Məqsəd su itkisinin qarşısını almaq, suvarma suyunu fermerlərə vaxtında və səmərəli çatdırmaq və kəndlinin suvarma suyuna olan tələbatını ödəməkdir.