“Aqroekspress” layihəsi çərçivəsində Azərbaycandan Rusiyaya ilk yük qatarı göndərilib
12.02.2022 [17:36]
Xəbərin mətni
Fevralın 12-də “Aqroekspress” layihəsinin işə salınması çərçivəsində Xaçmaz rayonundakı Ləcət stansiyasından ilk yük qatarı Azərbaycandan Rusiyaya göndərilib.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, “Aqroekspress” vasitəsilə daşınan ilk yük meyvə-tərəvəz məhsulları, xüsusilə Rusiya bazarında tələbatın yüksək olduğu təzə Azərbaycan xurması olub.