Şəhid Fərid Məhərrəmovun xatirəsinə həsr olunan anım mərasimi keçirilib
13.02.2022 [15:32]
Xəbərin mətni
Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzində torpaqlarımızın işğaldan azad olunması uğrunda şəhidlik zirvəsinə ucalan əsgər Fərid Məhərrəmovun xatirəsinə həsr edilən anım mərasimi keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, mərasimdə nazirliyin və ictimaiyyətin nümayəndələri, şəhidin ailə üzvləri, dostları, döyüş yoldaşları və Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin əməkdaşları iştirak ediblər.