İQTİSADİYYAT


Cəlilabadın üzüm bağlarında qış budama işləri yekunlaşmaq üzrədir

Cəlilabadın üzümçülük təsərrüfatlarında qış budaması davam etdirilir. Fermerlər bu il yeni tinglər hesabına 20 hektaradək əlavə üzüm bağları salıblar.AZƏRTAC xəbər verir ki, Cəlilabadda üzüm bağlarında mühüm aqrotexniki tədbirlərdən biri olan budama işləri aparılır. Budama hər ağacın sortu, eləcə də, torpaq-iqlim şəraiti nəzərə alınaraq aparılır. Rayon ərazisində bu mühüm aqrotexniki tədbirə ötən ilin dekabr ayından start verilib və yaxın günlərdə başa çatacaq. Hazırda Cəlilabadda üzüm bağlarının ümumi sahəsi 1400 hektardan çoxdur.