Sabah bəzi yerlərdə hava yağıntılı olacaq
14.02.2022 [18:51]
Azərbaycanda fevralın 15-nə gözlənilən hava proqnozu açıqlanıb.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir.