Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRTAC Dünya Xəbər Agentlikləri Konqresi Şurasının Londonda keçirilən iclasında iştirak edib

15.02.2022 [18:54]

Xəbərin mətni

Fevralın 15-də Britaniyanın "Press Association” informasiya agentliyinin Londondakı baş təşkilatında Dünya Xəbər Agentlikləri Konqresi Şurasının (NACO) növbəti iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, iclasda tədbirin ev sahibindən əlavə, AZƏRTAC (Azərbaycan), TASS (Rusiya), EFE (İspaniya), BTA (Bolqarıstan), SPA (Səudiyyə Ərəbistanı), MAP (Mərakeş), “Agerpress” (Rumıniya) və Ərəb Ölkələri Xəbər Agentlikləri Federasiyasının (FANA) nümayəndə heyətləri, həmçinin videorabitə vasitəsilə “Reuters” agentliyinin və hazırda sədrlik etdiyi Avropa Xəbər Agentlikləri Alyansını (EANA) da təmsil edən Avstriyanın APA agentliyinin nümayəndələri iştirak ediblər.

BÖLMƏNİN DİGƏR VİDEOLARI