İQTİSADİYYAT


Qərb bölgəsində soyuducu anbarların xidmətindən istifadə çoxalıb

Yay-payız aylarında sahələrdən məhsullarını yığan fermerlər onu münasib qiymətə sata bilmək üçün soyuducu anbarlarda saxlayırlar. Daha sonra isə satışını həyata keçirirlər. Məhsulları soyuducu anbarda qaldığı müddətdə isə müəyyən miqdarda icarə haqqı ödəyirlər. Qərb bölgəsində soyuducuların sayı artdıqca burada məhsullarını saxlayan fermerlərin də müraciətləri artır.
AZƏRTAC xəbər verir ki, Tovuz rayonunda soyuducu anbarların sayı hər il artmaqdadır. Hazırda rayon ərazisində, ümumilikdə, 40-a yaxın soyuducu anbar fəaliyyət göstərir.