Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bu gün "Qarabağ" səfərdə "Marsel" komandası ilə qarşılaşacaq

17.02.2022 [13:00]

Xəbərin mətni

Bu gün "Qarabağ" klubu UEFA Konfrans Liqasının pley-off mərhələsi çərçivəsində səfərdə Fransanın "Marsel" komandası ilə qarşılaşacaq.AZƏRTAC xəbər verir ki, "Velodrom" stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Görüşü monteneqrolu FIFA referisi Nikola Dabanoviç idarə edəcək.