İnam Kərimov: Kənd yerlərinin inkişafı, xüsusilə kənd turizminin canlanması günümüzün aktual mövzularındandır
17.02.2022 [14:40]
Xəbərin mətni
Kənd yerlərinin inkişafı, xüsusilə də kənd turizminin canlanması günümüzün aktual mövzularındandır. Ümumiyyətlə, kənd turizmi Azərbaycanda qeyri-neft sektorunun inkişafı baxımından böyük potensiala malik sahələrdən biridir.
AZƏRTAC xəbər verir ki, bunu fevralın 17-də Bakıda keçirilən “Azərbaycanda kənd yerlərinin inkişafı və Milli Aqroturizm sisteminin yaradılması”na dair seminarda çıxış edən kənd təsərrüfatı naziri İnam Kərimov deyib.