İQTİSADİYYAT


Peter Mixalko: Aİ Azərbaycanda aqrar sahəyə dəstək siyasətini davam etdirəcək

Kənd təsərrüfatı Azərbaycanın iqtisadi inkişafının əsas aparıcı faktorlarından biridir. Biz Azərbaycanda aqrar sahəyə dəstək siyasətimizi davam etdirəcəyik. Buraya iqtisadi fəaliyyətin artırılması, o cümlədən istehsal sahələri də daxildir. Əsas məqsədimiz kənd təsərrüfatında aqroturizmi inkişaf etdirməkdir. Kənd yerlərində bu sahənin inkişafının təmin edilməsi bütövlükdə cəmiyyətin, ölkənin inkişafına öz töhfəsini verir. Bu, eyni zamanda, birbaşa istehsalın artırılması ilə də bağlıdır.AZƏRTAC xəbər verir ki, bu sözləri fevralın 17-də Bakıda keçirilən “Azərbaycanda kənd yerlərinin inkişafı və Milli Aqroturizm sisteminin yaradılması”na dair seminarda çıxış edən Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin rəhbəri Peter Mixalko deyib.