Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakının və Abşeron yarımadasının bəzi yerlərində yağış yağacağı ehtimalı var

17.02.2022 [15:28]

Azərbaycanda fevralın 18-nə gözlənilən hava proqnozu açıqlanıb.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Mülayim cənub-qərb küləyi əsəcək, gündüz arabir güclənəcək.