Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycanda kənd yerlərinin inkişafı və milli aqroturizm sisteminin yaradılması mövzusunda seminar keçirilib

17.02.2022 [15:50]

Xəbərin mətni

Fevralın 17-də Bakıda “Kənd təsərrüfatına göstərilən dövlət yardımının səmərəliliyini və effektivliyini artırmaq üçün Kənd Təsərrüfatı Nazirliyinin potensialının artırılması” tvininq layihəsi çərçivəsində “Azərbaycanda kənd yerlərinin inkişafı və milli aqroturizm sisteminin yaradılması” mövzusunda seminar keçirilib.AZƏRTAC xəbər verir ki, seminarın məqsədi ölkədə aqroturizmin inkişaf potensialı, bu istiqamətdə gələcəkdə icrası nəzərdə tutulan işlər barədə birgə fikir mübadiləsi aparmaqdır.