İDMAN
Azərbaycan təmsilçisi Yekaterina Ryabova “Pekin-2022”nin final mərhələsində çıxış edib
17.02.2022 [16:05]
Azərbaycanı “Pekin-2022” Qış Olimpiya Oyunlarında təmsil edən Yekaterina Ryabova qadın fiqurlu konkisürənlərin fərdi yarışlarının final mərhələsində sərbəst proqramda çıxış edib.
AZƏRTAC xəbər verir ki, təmsilçimiz sərbəst proqramda 2-ci qrupda mübarizə aparıb. Hakimlər onun çıxışını 118,15 xalla qiymətləndiriblər. Yekaterina Ryabova fevralın 15-də qadın idmançıların qısa proqramında 61,82 xal qazanmışdı. Beləliklə, atletimiz “Pekin-2022”dəki mübarizəsini 179,97 xalla başa çatdırıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
30.06.2022 [18:07]
30.06.2022 [17:33]
01.07.2022 [14:54]
08.06.2022 [16:56]
08.06.2022 [13:26]
03.07.2022 [12:59]
30.06.2022 [12:30]
23.06.2022 [14:55]
02.07.2022 [20:28]
02.07.2022 [19:37]
02.07.2022 [19:02]
02.07.2022 [18:47]
04.07.2022 [09:39]
04.07.2022 [12:34]
04.07.2022 [12:33]
04.07.2022 [12:29]