İQTİSADİYYAT


Ukraynalı mütəxəssislər Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun fəaliyyəti ilə tanış olublar

Kənd Təsərrüfatı Nazirliyinin Qubada yerləşən Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu (ETİ) ilə Ukraynanın Akademik Unyanov adına Fermer Təsərrüfatı arasında qarşılıqlı əməkdaşlıq müqaviləsi imzalanıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Ukraynanın Qərzəkli Meyvə Bitkiləri Assosiasiyasının vitse-prezidenti, eyni zamanda, Akademik Unyanov adına Fermer Təsərrüfatının rəhbəri Vasiliy Babanski, assosiasiyanın əməkdaşı Aleksandr Labuşnyak, Ukrayna Aqrar Elmlər üzrə Milli Akademiyasının Meyvəçilik İnstitutunun şöbə müdiri Yekaterina Udoviçenko Qubada Meyvəçilik və Çayçılıq ETİ-nin qonağı olub.