İQTİSADİYYAT


İbrahimpaşa Dadaşov küçəsi əsaslı şəkildə təmir olunub

Vətəndaşların rahat gediş-gəlişini təmin etmək məqsədi ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Bakı şəhəri, Nərimanov rayonu ərazisində kompleks tədbirlər icra olunur.
Agentlikdən bildirilib ki, bu tədbirlər çərçivəsində “İnvestisiya Proqramı”na əsasən, İbrahimpaşa Dadaşov küçəsində aparılan əsaslı təmir işləri yekunlaşıb. Təmir işləri küçənin Ziya Bünyadov prospekti və Məmməd Araz küçələri arasında yerləşən 650 metrlik hissəsində aparılıb.
Aparılan təmir işləri çərçivəsində küçə boyu köhnə asfalt-beton örtüyünü sökülüb, mövcud piyada səkiləri 1000 kv.m sahədə bərpa olunub, küçə boyu yeni səki daşları düzülüb.