İQTİSADİYYAT


Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin Azərbaycanın xarici ticarətindəki payı 17,9 faizdir

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrlə Azərbaycanın ticarət dövriyyəsi 2020-ci ildə 4,4 milyard ABŞ dollarına çatıb.
AZƏRTAC xəbər verir ki, bu barədə KOBİA İsa Heyətinin sədri Orxan Məmmədov “Postpandemiya dövründə iqtisadi artımın sabitləşdirilməsində kiçik və orta sahibkarlığın innovativ fəaliyyəti” mövzusunda konfransda deyib.