İQTİSADİYYAT


Azərbaycan Prezidenti: Postmüharibə dövründə özəl sektorun üzərinə daha böyük vəzifələr düşür

Özəl sektorun inkişafı nəticəsində biz daha böyük uğurlara nail olmuşuq. Bu sahə deyə bilərəm ki, ilk günlərdən mənim Prezident kimi fəaliyyətimdə önəmli yer tuturdu. Məhz bunun nəticəsində biz ümumi daxili məhsulumuzun əsasını, əksər hissəsini indi özəl sektor tərəfindən, qeyri-neft sektoru tərəfindən təmin edirik.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Bakı şəhəri Nizami və Nərimanov rayonlarının, həmçinin Kürdəmir rayon icra hakimiyyətlərinin yeni təyin olunan başçılarını qəbul edərkən söyləyib.