SİYASƏT
Prezident: Kadrların seçilməsində tanışlıq, qohumluq əlaqələri və başqa prinsiplər aradan qaldırılmalıdır
18.02.2022 [16:58]
Xəbərin mətni
Kadrların düzgün seçilməsi böyük dərəcədə işlərin uğurla getməsinə şərait yaradacaq. Ona görə kadrların seçilməsində, ilk növbədə, insanların iş qabiliyyəti, dövlətçiliyə, dövlətə sədaqət, vətənpərvərlik nəzərə alınmalıdır.
AZƏRTAC xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Bakı şəhəri Nizami və Nərimanov rayonlarının, həmçinin Kürdəmir Rayon İcra hakimiyyətlərinin yeni təyin olunan başçılarını qəbul edərkən bildirib.