Postpandemiya dövründə kiçik və orta sahibkarlığın fəaliyyəti ilə bağlı konfrans təşkil edilib
18.02.2022 [18:16]
Fevralın 18-də Milli Məclisin dəstəyi, Türkdilli Ölkələrin Parlament Assambleyasının (TURKPA) və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə “Postpandemiya dövründə iqtisadi artımın sabitləşdirilməsində kiçik və orta sahibkarlığın innovativ fəaliyyəti” mövzusunda konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, Milli Məclisin deputatlarının, dövlət və özəl sektorun nümayəndələrinin iştirak etdiyi tədbirdə ölkəmizdə sahibkarlığın, o cümlədən KOB-ların inkişafı istiqamətində görülən tədbirlərə, COVID-19 pandemiyasının KOB-lara təsirinə və bu sahədə dövlət dəstəyi tədbirlərinə, postpandemiya dövrünün prioritet istiqamətlərinə və KOB-lara göstəriləcək dəstəyə dair fikir mübadiləsi aparılıb.