CƏMİYYƏT


Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı proqnozlaşdırılır

Azərbaycanda fevralın 20-nə gözlənilən hava proqnozu açıqlanıb.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək, gündüz cənub küləyi ilə əvəzlənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 3-5°, gündüz 9-13° isti, Bakıda gecə 3-5°, gündüz 11-13° isti olacaq. Atmosfer təzyiqi 767 millimetr civə sütunu, nisbi rütubət 60-70 faiz təşkil edəcək.