İQTİSADİYYAT


Xızıda suvarma kanalları qapalı boru kanalla əvəzlənib

Xızı rayon Suvarma Sistemləri İdarəsi yaz suvarma mövsümünə hazırlaşır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu məqsədlə rayonda kanallar lil və kol-kosdan təmizlənir, hidrotexniki qurğular cari təmir edilir.
Son illər Xızı rayonunda görülən meliorativ tədbirlər nəticəsində 9989 hektar sahə əkin dövriyyəsinə cəlb edilib. Belə ki, əvvəllər rayonda suvarılan sahələr cəmi 2970 hektar idi. Dövlət başçısının sərəncamı əsasında Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihəsi çərçivəsində hazırda rayonda suvarılan sahələr 12959 hektar təşkil edir.