Fermada yanğın zamanı 34 baş iribuynuzlu heyvan tələf olub
21.02.2022 [18:00]
Xəbərin mətni
Göyçayda kənd sakininə məxsus fermada yanğın baş verib, 34 baş iribuynuzlu heyvan tələf olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə gecə saatlarında rayonun Qarayazı kəndi ərazisində qeydə alınıb. Belə ki, 1986-cı il təvəllüdlü Yusif Məmmədova məxsus fermada güclü yanğın başlayıb. Hadisə zamanı fermada, habelə 4 ton ot bağlaması da tamamilə yanıb.