Avtomobil yollarında örtüyün keyfiyyəti ən müasir texnologiya vasitəsi ilə yoxlanılır
21.02.2022 [18:52]
Avtomobil yollarında örtüyün keyfiyyəti ən müasir texnologiya vasitəsi ilə yoxlanılır.Sistem vasitəsi ilə toplanan məlumatlar ofis şəraitində analiz edilir və alınan nəticələrə əsasən yolun ümumi vəziyyətinin “Beynəlxalq Nahamarlıq İndeksi”nə uyğunluğu yoxlanılır. Analizin nəticələri yolun qiymətləndirilməsi, dövlət əhəmiyyətli avtomobil yolları şəbəkəsinin texniki baxımdan idarə edilməsi, vəziyyətin saxlanması və vəsaitin təşkil edilməsi üçün əsas götürülür. Yəni əldə edilmiş nəticələrə uyğun örtüyün keyfiyyətli olub-olmaması, yolun təmir edilməsi və ya yenidən qurulmasının vacibliyi öyrənilir.