Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakıda özünü kuryer kimi təqdim edərək evlərə oğurluq məqsədi ilə daxil olan şəxs saxlanılıb

22.02.2022 [11:34]

Xəbərin mətni

Paytaxtın Nizami rayonunda naməlum şəxs mənzillərdən birinə yaxınlaşıb özünü kuryer kimi təqdim edərək ev sahibinə xaricdən sovqat gətirdiyini bildirib. Daha sonra həmin şəxs sovqatı təqdim etmək üçün sənəd istəyib. Bu zaman zərərçəkənin sənəd dalınca digər otağa keçməsindən istifadə edən naməlum şəxs mənzilin yataq otağından içərisində 2400 manat, eləcə də qızıl-zinət əşyaları olan pul kisəsini oğurlayıb və hadisə yerindən qaçıb. Oxşar məzmunlu şikayətlə daha bir Nizami rayon sakini polisə müraciət edib. İkinci mənzildə qeydə alınan hadisə zamanı isə həmin şəxs ev yiyəsinin 2500 manatını oğurlayıb. Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı həmin hadisələri törətməkdə şübhəli bilinən, paytaxt sakini əvvəllər dəfələrdə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum edilmiş Azad Məmmədov saxlanılıb.