Ağdaşda ölümlə nəticələnən yanğın hadisəsi baş verib
22.02.2022 [13:23]
Xəbərin mətni
Ağdaş rayonunun Aşağı Ləki kəndində ölümlə nəticələnən yanğın hadisəsi baş verib.
AZƏRTAC Fövqəladə Hallar Nazirliyinin saytına istinadla xəbər verir ki, ümumi sahəsi 234 kvadratmetr olan kürsülü, birmərtəbəli 2 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları 154 kvadratmetr sahədə yanıb. Yanğın yerinin kəşfiyyatı zamanı 1935-ci il təvəllüdlü Həşimova Bəsdə Eybur qızının yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.