Azərbaycan Dövlət İnformasiya Agentliyi

FHN-in Dövlət Yanğından Mühafizə Xidməti “Bakı Kristal Zalı” kompleksində yanğın-taktiki təlim keçirib

22.02.2022 [14:20]

Fövqəladə Hallar Nazirliyininn Dövlət Yanğından Mühafizə Xidməti paytaxtın Səbail rayonu ərazisində yerləşən “Bakı Kristal Zalı” kompleksində yanğın-taktiki təlim keçirib.Şərti yüksək saylı çağırışla təlimə cəlb olunan Bakı şəhərinin Səbail, Yasamal, Nəsimi və 1 saylı Xüsusi Təyinatlı Yanğından Mühafizə hissələrinin qüvvə və vasitələri tərəfindən şərti olaraq köməksiz vəziyyətdə qalmış insanlar xüsusi vasitələrdən istifadə edilməklə “xilas olunub”, baş vermiş “yanğın” qısa müddətdə “tam söndürülüb”.