İQTİSADİYYAT


Gecyetişən narıngi sortunun yığımı yekunlaşır - Lənkərandan reportaj

Yeni və gecyetişən narıngi sortu olan “W.Murcott” Lənkəranın ən böyük sitrus təsərrüfatında yetişdirilir. Yanvar ayında yetişən meyvə fevralın axırlarınadək yığılır.
AZƏRTAC xəbər verir ki, bir neçə il əvvəl Lənkəranın Separadi kəndi ərazisində salınan 130 hektarlıq intensiv sitrus meyvə bağında 4 sort narıngi, 2 sort limon, 1 sort qreypfrut ağacları əkilib. Bağın 40 hektarında gecyetişən “W.Murcott” narıngi sortu becərilir.