SİYASƏT


Bakıda Yaponiya İmperatorunun doğum gününə həsr edilmiş ziyafət təşkil olunub

Fevralın 22-də Bakıda Yaponiya İmperatoru Naruhitonun doğum gününə həsr edilmiş ziyafət təşkil olunub.
AZƏRTAC xəbər verir ki, tədbirdə Yaponiyanın Azərbaycandakı səfiri Cuniçi Vada, Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, siyasi xadimlər, diplomatlar, Yaponiyada təhsil alan tələbələr iştirak ediblər.